Rusiyanın Ukraynanı işğalı davam edərkən dünyanın hər yerindən Rusiyaya reaksiyalar gəlməkdə davam edir.
"Unikal" xəbər verir ki, belə reaksiyalardan biri də Rusiya səfirinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) iclasında çıxışı zamanı baş verib.
Belə ki, Rusiyanın BMT-dəki səfirinin çıxışı zamanı Avropa İttifaqının nümayəndələri konfransı tərk ediblər.
“Ukrayna ilə həmrəyliyimizi göstərmək üçün Rusiya səfiri MAQATE-nin İcraiyyə Şurasında çıxış edərkən Aİ səfirləri və başqaları çıxıb getdilər. Rusiya Ukraynaya təcavüzü zamanı dezinformasiya və yalanlar yaydığı bir vaxtda bizim orada oturmağımız düzgün deyil”, - Aİ sözçüsü bildirib.