Rusiya ordusunun 335 tank, 49 təyyarə və 81 helikopter itirdiyi açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı fevralın 24-dən martın 10-dək Rusiya ordusunun itkiləri ilə bağlı məlumatları paylaşıb.

"Rusiya ordusundan 12 mindən çox əsgər öldürülüb, ruslara məxsus 49 təyyarə, 81 helikopter, 335 tank, 1105 zirehli texnika, 123 artilleriya, 56 reaktiv yaylım atəşi sistemi və 29 hava hücumundan müdafiə sistemi məhv edilib" - məlumatda bildirilir.  

Gülayə  Mecid