"Bizim anladığımız kimi, indi sərhədçilər Ukrayna ərazisindəki sərhədi praktiki olaraq tərk ediblər, Belarus sərhədçilərindən başqa heç kim onu qorumur".
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Lukaşenkonun sözlərinə görə, hazırda Belarus kəşfiyyatının vəzifəsi "bitişik ərazilərdə baş verənləri, xüsusən muzdlular baxımından" görməkdir, çünki "bu insanların dövlət sərhədini pozmasına icazə vermək mümkün deyil...".
"Onlarla paralel hərəkət etməlisiniz. Orada kiçik qruplar halında gəzirlər, bu, vəziyyəti çətinləşdirir. Amma buna baxmayaraq, onları, necə hərəkət etdiklərini görmək lazımdır. Ukrayna ilə dövlət sərhədini pozmadan, onların hərəkətinə nəzarət edin. Ən kiçik hərəkəti və onların planlarını bildirin", - Belarus prezidenti qeyd edib.
Ağarza Elçinoğlu