Şimal istiqamətində Ukrayna hərbçiləri rus işğalçılarının texnika kolonunu darmadağın edib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Yuri Butusov "Facebook"da məlumat verib və sözügedən videonu yayımlayıb. 

"Şimal istiqamətində əks-hücum zamanı Rusiya karvanı məğlub oldu və mükəmməl fəaliyyət göstərən T-72 ələ keçirildi. Döyüşdə bizim bölməyə Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərindən biri rəhbərlik edirdi".

Butusovun sözlərinə görə, kolon Belarus ərazisindən gəlib.