Çərşənbə günü, martın 9-da atəşə tutulduğu bildirilən Mariupoldakı doğum xəstəxanası uzun müddətdir ki, Azov batalyonunun üzvləri tərəfindən ələ keçirilib və ekstremistlərin bazasına çevrilib.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Xarici işlər naziri əlavə edib ki, Mariupol doğum evində uzun müddətdir ki, xəstə və işçilər olmayıb: "Biz ilk dəfə deyil ki, Rusiya silahlı qüvvələri tərəfindən törədilən qondarma vəhşiliklər haqqında acınacaqlı qışqırıqlar görürük. Martın 6, 7-də BMT Təhlükəsizlik Şurasının iclasında nümayəndə heyətimiz tərəfindən faktlar təqdim olundu ki, bu doğum xəstəxanası çoxdan Azov batalyonu və digər radikallar tərəfindən ələ keçirilib, oradan bütün doğuş edən qadınlar, bütün tibb bacıları və ümumilikdə, bütün qulluqçular qovulub".
Ağarza Elçinoğlu