Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə yaydığı müraciətdə bildirib.
M.Saakaşvili qeyd edib ki, hazırda ona sağlam düşüncə, sağlamlıq və güc lazımdır: “2014-cü ildən Ukraynanı müdafiə edən gürcü döyüşçülərdən məktub almışam. Onlar məndən aclıq aksiyasını dayandırmağı xahiş ediblər. Eyni xahiş daimi əlaqədə olduğum Ukrayna Ali Komandanlığının nümayəndələrindən də gəlir. Buna görə də aclıq aksiyasını 20-ci günündə dayandırıram. Biz qələbəni tam hazırlıqlı vəziyyətdə qarşılamalıyıq”.