Ukrayna müharibədən sonra rus qoşunları tərəfindən dağıdılan bütün şəhər və kəndləri ən yaxşı memarlıq layihələri əsasında bərpa edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bəyan edib.
"Müharibədən sonra, qələbəmizdən sonra biz düşmən tərəfindən dağıdılan hər şeyi çox tez bərpa edəcəyik. Çox tez, çox yaxşı. Zərər çəkmiş hər bir şəhərdə yenidənqurma üçün xüsusi dövlət proqramı yaradılacaq. Mən artıq hökumətə göstəriş vermişəm ki, ən yaxşı memarlarla, hər bir şəhər üçün ən yaxşı şirkətlər və ən yaxşı layihələrlə inkişafa başlayın. Hər şeyi yenidən quracağıq! Söz verirəm", - Zelenski video müraciətində deyib.
Ağarza Elçinoğlu