Prezident Volodimir Zelenski Ukraynada Rusiya Federasiyasına və onun vətəndaşlarına məxsus əmlakın heç bir kompensasiya ödənilmədən müsadirəsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının mətbuat xidməti məlumat yayıb.
Sənəddə qeyd olunur ki, bu qanun Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamış bir dövlət kimi Rusiya Federasiyasına məxsus mülkiyyətin sosial o cümlədən hərbi zərurətin irəli gələrək müsadirəsinin hüquqi əsaslarını müəyyən edəcək.