Çerniqov vilayətində ukraynalı hərbçilər Rusiya qoşunlarına məxsus işlək vəziyyətdə olan on ədəd tankı, bir zenit-raket kompleksini və bir zirehli təxliyə maşınını ələ keçiriblər.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Şimal” Əməliyyat Komandanlığı “Facebook”da məlumat yayıb.

“Şimal” Əməliyyat Komandanlığının hərbi hissələri və bölmələri öz torpaqlarını, qohumlarını və dostlarını müdafiə etməkdə davam edir. Bu gün Çerniqov vilayətində üstün düşmən qüvvələri ilə döyüş olub. Döyüş nəticəsində 10 işlək tank, bir zenit-raket kompleksi və bir zirehli təxliyə maşını ələ keçirilib”, – deyə məlumatda bildirilib.