"ABŞ Ukraynaya qoşun göndərmək niyyətində deyil".
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.
"Rusiyaya qarşı müharibə aparmaq niyyətimiz yoxdur", - Psaki deyib.
Ağ Evin sözçüsü Amerika tərəfində kimyəvi və bioloji hərbi proqramların mövcudluğunu inkar edib.
"İndi biz deyirik ki, onların belə potensialı və imkanları var. Mən də kəşfiyyat məlumatlarının təfərrüatlarını yaymaq fikrində deyiləm. Qeyri-ənənəvi silahlardan istifadə olunacağı təqdirdə belə ABŞ-ın mövqeyi dəyişmir. Ukraynaya təyyarə göndərmək Vaşinqtonun maraqlarına uyğun deyil”, - Psaki qeyd edib.