“Mən adekvat ölkənin və adekvat insanların prezidentiyəm. Mənim torpağımda heç bir kimyəvi və ya hər hansı digər kütləvi qırğın silahı hazırlanmayıb”.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. O, Rusiyaya xəbərdarlıq edib.
“Bütün dünya bunu görür və bilir. Əgər Rusiya bizə qarşı oxşar hərəkətlər etsə, ən sərt sanksiyalarla cavabını alacaq” - Zelenski çıxışında bildirib.