Rusiya qoşunları Xarkovdakı "Xarkov Fizika və Texnologiya İnstitutu" Milli Elmi Mərkəzinin yerində yerləşən Neytronların Mənbəyi nüvə subkritik obyektini (NPU) bombalayıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyindən məlumat verilib.
Məlumata görə, NPU-nun enerjisi tamamilə kəsilib, binaya ziyan dəyib.
Neytron mənbəyi nüvə fizikası, radiasiya materialşünaslığı, biologiya, kimya sahəsində elmi və tətbiqi tədqiqatlar və tibbi radioizotopların istehsalı üçün nəzərdə tutulub.
Ağarza Elçinoğlu