Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 543 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 633 443, ölənlərin sayı isə 16 505 nəfərə çatıb. Virusa yoluxanlardan 1 581 376 nəfərin sağaldığı bildirilib.