“YouTube” videoplatforması dövlətdən maliyyələşən Rusiya KİV-ni dərhal blokladığını elan edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Tvitterdəki “YouTubeInsider” səhifəsi məlumat yayıb.
Qeyd olunur ki, dövlətdən maliyyələşən Rusiya KİV-nin bütün dünyadan “YouTube”a girişi bloklanır. Qərar dərhal icraya yönəldilir. Lakin bunun həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır.