12 gündə Mariupolda 1582 dinc sakin həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
"Mühasirəyə alınmış Mariupol indi planetin ən ağır humanitar fəlakətinin yaşandığı yerdir. 12 gündə 1582 dinc sakin öldürülüb", - deyə nazir bildirib.
Ukrayna XİN rəhbəri Rusiya qüvvələrinin davamlı zərbələri nəticəsində həlak olanların kütləvi məzarlarda dəfn edildiyini qeyd edib.
"Rusiyanın hərbi cinayətlərini dayandırmaq üçün təyyarələrə ehtiyacımız var! ", - deyə Kuleba əlavə edib.