Ukraynada açılan humanitar dəhlizlər vasitəsilə ötən gün 7144 nəfər təxliyə olunub.
"Unikal" “İnterfax Ukraine”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodımır Zelenski xalqa videomüraciətində bildirib.
“Bu gün Rusiya ordusu humanitar dəhlizlərin çoxunun fəaliyyətini pozub. Buna baxmayaraq, Enerqodardan, Buçadan, Qostomeldən, Kozaroviçidən 7144 nəfəri xilas etmək mümkün olub. Deməli, sabah da, o biri gün də mühasirədə qalan ukraynalıları xilas etmək üçün əlimizdə artıq 7144 səbəb var. Bundan sonra da Ukrayna şəhərlərinə humanitar yükləri çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Ürək ağrısı ilə bildirməliyəm ki, Mariupol hələ də düşmənin mühasirəsindədir. Rusiya ordusu şəhərə bizim yardımlarımızı buraxmayıb, bizim insanlarımıza, mariupollara əziyyət verirlər”.
Ukrayna lideri sabah da adıçəkilən şəhərə Mariupola ərzaq və dava-dərman çatdırmağa çalışacaqlarını diqqətə çatdırıb.