"Rusiya ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək".
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Birinci kanal”a müsahibəsində deyib.
O söyləyib ki, rəsmi Moskva ABŞ-a qarşı adekvat addımlar atacaq.
“ABŞ-a qarşı sanksiyaların siyahısı hazırdır. Rusiya tezliklə ABŞ və digər Qərb ölkələrinə sanksiayalr tətbiq edəcək. Rusiya ilə ABŞ arasındakı münasibətlərdə maskalar atılıb, artıq iqtisadi müharibə elan olunub. Bizim ABŞ rəsmiləri ilə əlaqələrimiz kəsilmir. Səfirliklərimiz və digər nümayəndələrimiz vasitəsilə əlaqələrimiz davam edir”, - bildirib.
Nazir müavini Rusiyanın ABŞ-a tətbiq etdiyi sanksiyaların yaxın vaxtlarda ictimaiyyətə açıqlanacağını vurğulayıb.