Cənubi Koreyada prezident seçkisində qalib gəlmiş Yun Suk-yolun dövlət başçısı kimi ilk işi prezident ofisinin yerini dəyişmək olacaq.
"Unikal" xəbər verir ki, Yun Suk-yol və köməkçiləri prezident ofisini hazırkı “Mavi saray”dan (“Çonq Va De”) Baş nazirin ofisinin yerləşdiyi hökumət kompleksinə köçürmək üzərində işləyir.
Yun Suk-yol prezident ofisinin köçürüləcəyini hələ seçkiqabağı təşviqat kampaniyasında bildirib.