Konqo Demokratik Respublikasının cənub-şərqində baş verən qatar qəzası nəticəsində azı 60 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, qatar martın 10-da axşam saatlarında Lualaba əyalətində qəzaya uğrayıb. İndiyədək 60 nəfərin cəsədi aşkarlanıb.

Hadisə yerində xilasetmə əməliyyatları davam edir.