Rusiya Prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya Prezidenti bildirib ki, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur. Bunlara müxalifət nümayəndələrinə qarşı məhkəmədənkənar repressiyalar, onların girov götürülməsi və mülki şəxslərdən canlı qalxan kimi istifadə edilməsi, yaşayış məntəqələrində, xəstəxanaların, məktəblərin yaxınlığında ağır silahların yerləşdirilməsi daxildir.
Hər 3 lider Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.