Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis avtomobili Rikoti aşırımında yük maşını ilə toqquşub.

Qəza nəticəsində üç polis əməkdaşı həlak olub, biri isə ağır xəsarət alıb.