Martın 11-də Ukrayna ərazisini 75 minə yaxın insan tərk edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətindən bildirilib.
Qeyd olunub ki, gedənlərin təxminən 49 min nəfəri sərhədin Ukrayna-Polşa hissəsindən keçib. Əvvəlki günlərlə müqayisədə ölkədən çıxanların sayında azalma müşahidə olunub.
Ötən sutka ərzində Ukraynanın qərb sərhədlərində humanitar yüklər daşıyan 900-dən çox nəqliyyat vasitəsi qeydiyyata alınıb.