Ukrayna və Rusiya nümayəndələri arasında onlayn formatda danışıqlar keçirilir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak "Twitter" də paylaşım edib.
"Rusiya nümayəndə heyəti ilə videoformatda danışıqlar davam edir. Xüsusi işçi alt qrupları yaradılıb. Ukraynanın mövqeyi əvvəlki tələblərinə əsaslanır", - deyə Podolyak vurğulayıb.