Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq hərbi texnikasını sıradan çıxarıb.
"Unikal" xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.
“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda qeyd olunub.