İslam İnqilabı Keşikçiləri Korpusu (İran Silahlı Qüvvələrinin elit bölmələri – “SEPAH”) İsrailin İraqdakı hədəfləri olan Ərbilə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
"Unikal" xəbər verir ki, bu barədə İranın “Gənc Jurnalistlər Klubu” agentliyi məlumat yayıb.
SEPAH-ın bəyanatında deyilir ki, dünən gecə sionist sui-qəsdlərinin strateji mərkəzi onlar tərəfindən güclü raket atəşinə məruz qalıb.