Bu gün Kiyev vilayətinin İrpin şəhərində dünyaca məşhur “New York Times” mediasının 51 yaşlı müxbiri güllələnib.
"Unikal" xəbər verir ki, bu barədə Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov məlumat verib. O, deyib ki, daha bir jurnalist yaralanıb:
"Əlbəttə, jurnalist peşəsi risklər ehtiva edir, lakin ABŞ vətəndaşı Brent Renaud rus ordusunun hiyləsini, qəddarlığını və amansızlığını işıqlandırmaq cəhdini həyatı ilə ödədi".
Bu arada başqa bir amerikalı jurnalist yaralanıb və ona tibbi yardım göstərilir. O, həmkarının öldüyünü hələ bilmir.