Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Xidməti məlumat yayıb.

Qeyd olunub ki, o, mənimsəmədə şübhəli bilinir. Kayrat Satıbaldıulı "Kazaktelekom"da xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi faktları üzrə cinayət işi çərçvəsində məsuliyyətə cəlb olunub.

O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.