Rusiyanın Kirov rayonunda baş verən yanğında 1,5-5 yaşları arasında 3 uşaq ölüb.
"Unikal" xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.
Məlumata görə, hadisə zamanı uşaqların anası evdə olmayıb.
Məlumatda bildirilir ki, martın 13-nə keçən gecə Kotelniç şəhərində Rudnitskoqo küçəsində yerləşən yarımtikili yaşayış binası yanıb. Yanğın nəticəsində 2017, 2019, 2020-ci il təvəllüdlü uşaqlar ölüb. Yanğının səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb.