Bazar günü Rusiya qoşunları 2 Bayraktar da daxil olmaqla Ukraynaya məxsus 11 hərbi PUA və bir təyyarə vurub.
"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinqdə bildirib.
"Martın 13-də günortadan sonra Rusiya Aerokosmik Qüvvələrinin aviasiya və hava hücumundan müdafiəsi havada Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir Su-24 təyyarəsi, həmçinin ikisi "Bayraktar TB-2" olmaqla 11 pilotsuz uçuş aparatını vurub", - məlumatda deyilir.
O əlavə edib ki, Rusiya aviasiyası Ukrayna silahlı qüvvələrinin 46 obyektini, o cümlədən üç komanda məntəqəsi, bir zenit-raket kompleksi, iki sursat anbarı və 33 hərbi texnikanın toplandığı ərazini vurub.
Ağarza Elçinoğlu