Ramzan Kadırov çeçen bölmələrinin Kiyevə yaxınlaşdığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri öz "Telegram" kanalında yazıb.
"Qardaşlarımız Kiyev istiqamətində işlərini davam etdirirlər. İndi onlar Ukraynanın paytaxtına yaxındırlar... Sərəncam hələ də qüvvədədir - nasistlər tamamilə məhv edilənə qədər hərəkətə keçəcəyik!", - o qeyd edib.
O, həmçinin əlavə edib ki, Rusiya ordusunun geri çəkilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil.
Ağarza Elçinoğlu