İraq Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfiri İrəc Məscidini çağıraraq bazar günü gecə İraqın Ərbil şəhərinə raket hücumu ilə bağlı etiraz notası təqdim edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Əhməd əs-Sahaf bildirib.
"Xarici İşlər Nazirliyi İranın Bağdaddakı səfirini çağırıb və ona Ərbil şəhərinə raket hücumu ilə bağlı İraq hökumətinin etirazını bildirib", - deyə o vurğulayıb.