Rus işğalçıları güclü döyüşlərdən qorxurlar, çünki onlar başa düşdülər ki, gün ərzində həqiqətən minə qədər insan itirirlər.
"Unikal" xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
Onun sözlərinə görə, hələlik Rusiya texnikası və kolonlarında ciddi irəliləyişlər olmayıb: "Son günlər əslində müharibənin ilk günlərində olduğu kimi böyük döyüşlər olmayıb. Yerli döyüşlər olub, atışmalar olub. Amma müharibənin ilk günlərində olduğu kimi böyük döyüşlər olmayıb".
O, rus işğalçılarının indiki strategiyasının bombardman olduğunu qeyd edib: "Ruslar mahiyyətcə bu cür döyüşlərdən çox qorxurlar, onlar başa düşürlər ki, gün ərzində onlar faktiki olaraq minə qədər insan itirirlər. İndi onların strategiyası bombalamaqdır, bombalayır və yenidən bombalayır".
Ağarza Elçinoğlu