Rusiya Çindən Ukraynaya işğalını dəstəkləmək üçün hərbi texnika istəyib.
"Unikal" "Financial Times"a istinadən xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, bu, Ağ Evdə Pekinin qərbin Ukrayna qüvvələrinə öz ölkəsini müdafiə etmək səylərinə zərbə vura biləcəyi ilə bağlı narahatlığa səbəb olub.
ABŞ rəsmiləri nəşrə bildiriblər ki, Rusiya işğal başlayandan bəri hərbi texnika və digər yardımlar tələb edib. Onlar Rusiyanın hansı silahları tələb etdiyi barədə məlumat verməkdən imtina ediblər.
Qeyd olunub ki, Çinin Rusiyaya kömək etməyə hazırlaşdığına dair bəzi əlamətlər fonunda ABŞ-ın vəziyyətlə bağlı müttəfiqlərini xəbərdar etməyə hazırlaşır. Digər ABŞ rəsmiləri də Ukraynada müharibənin üçüncü həftəsinin başlamasına yaxınlaşdıqca Rusiyanın bəzi silah növlərinin tükəndiyinə dair işarələrin olduğunu bildiriblər.
Ağ Ev açıqlama verməyib. Çinin Vaşinqtondakı səfirliyi şərh tələbinə cavab verməyib.
Bazar günü Vaşinqtonu tərk etməzdən əvvəl Sullivan Çinə xəbərdarlıq etdi ki, ABŞ və müttəfiqlərinin Putinə və onun rejiminə tətbiq etdiyi sanksiyalardan yan keçməkdə Moskvaya kömək etməklə Rusiyanı "xilas etməyə" çalışmasın.
Ağarza Elçinoğlu