ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb və onda xəstəliyin yüngül simptomları var.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçi sosial şəbəkədəki hesabında yazıb: "Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm" , - Obama "Twitter"də yazıb.
Amerika administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, həyat yoldaşı Mişelin analiz nümunələri mənfi çıxıb, hər ikisi də əvvəllər təkrar peyvənd olunublar.
Xatırladaq ki, Obama ABŞ-ın 44-cü prezidentidir, o, 2009-2016-cı illərdə vəzifədə olub. Prezident seçkilərində qalib gəlməzdən əvvəl o, İllinoys ştatından ABŞ senatoru olub.