“Artıq 140 min Ukrayna sakini humanitar dəhlizlərlə döyüş bölgəsindən təxliyə edilib”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bəyan edib.
Bundan əlavə, Vereşçuk bəyan edib ki, Kiyev vilayətinin Borodyanka şəhərindən Jitomirə, Kiyev vilayətinin Svetilnya və Bolşaya Dımerka kəndlərindən Brovarıya doğru, Kiyev vilayətinin Pobeda kəndindən Kiyev istiqamətində yeni humanitar marşrutlar açılacaq.