Kiyev şəhərində Brovarı Birləşmiş Ərazi İcmasının deputatı rus işğalçılarının hücumuna məruz qalıb.
Unikal.org xəbər verirki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Aleksiy Kuleba məlumat yayıb. Onun sözlərinə görə deputat aldığı güllə yarasından dünyasını dəyişib.
"Bu gün Brovary Terqromadanın deputatlarından biri öldürülüb", - o, qeyd deyib.
Eyni zamanda Kuleba öldürülən deputatın adını çəkməyib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Radasının keçmiş deputatı Aleksandr Marçenko və Balakleya Şəhər Şurasının deputatı Marina Osipenkoda işğalçılar tərəfindən öldürülüb.