Belarus xüsusi təyinatlıları Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Belarus Respublikası Silahlı Qüvvələrinin Ukrayna ilə müharibə aparmağa hazırlığına gəlincə: xüsusi əməliyyat qüvvələrinin yüksək rütbəli rəsmilərindən birinin sözlərinə görə, Belarus Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Ukrayna ilə müharibədə iştirak etməyəcək”, - məlumatda deyilir.
Həmçinin bildirilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Belarus Respublikası ordusunun Ukraynaya qarşı müharibədə iştirak təhlükəsinin qaldığını bildirib. Onun sözlərinə görə, Aleksandr Lukaşenko hələlik Belarus ordusunu döyüşə atmağa cəsarət etmir.
Gülayə Mecid