Rusiya donanması Ukraynanın Qara dəniz sahillərində uzaqdan blokada qurub.
"Unikal" "Korrespondent"ə istinadən xəbər verir ki, Rusiya Hərbi Dəniz Qüvvələri bütün Ukrayna ərazisində hədəflərə raket zərbələri endirməkdə davam edir.
"Rusiya Azov dənizində artıq bir amfibiya enişi həyata keçirib və yaxın həftələrdə daha çox belə əməliyyatlar həyata keçirə bilər", - Britaniya Müdafiə Nazirliyi "Twitter"də bildirib.
Həmçinin qeyd edilir ki, blokada Qara və Azov dənizlərində bir neçə döyüş gəmisi tərəfindən həyata keçirilir.
Ağarza Elçinoğlu