Çinin Quandun əyalətində ölkənin ən böyük şəhərlərindən biri olan Sincanda 75 koronavirusa yoluxma faktı aşkar edilib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra şəhərdə karantin qaydalarının tətbiq edilməsinə qərar verilib.
Bildirilib ki, şəhərə giriş və çıxışlar bağlanıb, əsas ehtiyaclara cavab verənlər istisna olmaqla, bütün müəssisələrin müvəqqəti bağlanacağı, epidemiyaya nəzarət və mühafizə vəzifələrində çalışanlar istisna olmaqla, dövlət müəssisələrindəki bütün işçilərin evlərindən çalışacağı qeyd edilib.
Honq Konqda vətəndaşlardan zərurət olmadıqca şəhəri tərk etməmələri xahiş edilib.
Qeyd olunub ki, müxtəlif bölgələrdə artan COVID-19-a yoluxma halları və karantinlər koronavirusun 5-ci dalğa effektidir.
Ağarza Elçinoğlu