Çin Rusiyanın hərbi yardım istəməsi ilə bağlı iddialara münasibət bildirib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Çin XİN Rusiyanın Ukraynadakı hərbi əməliyyatlar üçün Pekindən hərbi yardımı istəməsi ilə bağlı xəbərləri dezinformasiya kimi qiymətləndirib.