Rus işğalçıları on doqquz gündür ki, Kiyev bölgəsini və xüsusən də paytaxtı atəşə tutur. Antonov zavodunun və Obolondakı hündürmərtəbəli binanın bombalanması ilə bağlı xəbərlərdən sonra Vinarivka kəndində televiziya və radio təkrarlayıcıya mərminin düşdüyü barədə məlumat yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Oleksiy Kuleba raket zərbəsi ilə bağlı məlumatı özünün Teleqram kanalında paylaşıb.
"Rusiya qoşunları Kiyev vilayətinin mülki infrastrukturunu atəşə tutmağa davam edəcək! Xidmət mərkəzinin binasına ziyan dəyib. Mülki əhali arasında xəsarət alan olmayıb", - deyə o, paylaşımında qeyd edib.