Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı əməliyyat zonasına səfəri ilə bağlı məlumat yoxdur.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
“Belə məlumat yoxdur. Məncə, o, birbaşa harada olduğunu təsdiq etməyib. Bununla bağlı heç bir təsdiq yoxdur”, - deyə Kremlin mətbuat katibi bildirib.