Ermənistan Azərbaycanın münasibətlərin normallaşması üçün irəli sürdüyü yeni təkliflərə cavab verib.
"Unikal" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir ki, rəsmi İrəvan danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib.
Bəyanatda qeyd edilib ki, BMT Nizamnaməsi, Helsinki Yekun Aktının, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinə danışıqların təşkil olunması üçün müraciət edilib.