Rusiya öz ərazilərində Ukraynaya qarşı müharibə aparmaq üçün ehtiyat canlı qüvvələr toplamaqda davam edir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, hazırda suriyalı muzdlulardan ibarət dəstələr yaradılır, onlar mükafat müqabilində rus komandirlərinin cinayət əmrlərini yerinə yetirməyə hazırdırlar. Mövcud məlumatlara görə, son günlər mindən çox insanın işə götürüldüyü Suriyada muzdlular üçün işə qəbul mərkəzləri açılıb, artıq 400-ə yaxın insan Rusiya Federasiyasına gəlib. Onların yerləşdirilməsi və təlim keçməsi üçün Rostov (RF) və Qomel (RB) vilayətlərində Ukrayna sərhədi yaxınlığında düşərgələr yaradılıb.
Ağarza Elçinoğlu