Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında görüş olub.

"Unikal" xəbər verir ki, görüş Almaniya kanslerinin Türkiyənin paytaxtı Ankaraya səfəri çərçivəsində baş tutub.

Liderlər Türkiyə-Almaniya, Türkiyə-Avropa İttifaqı əlaqələrini və Ukraynadakı vəziyyəti müzakirə ediblər.

xxx

17:11

Almaniya kansleri Olaf Şoltsun Türkiyəyə səfəri başlayıb.

"Unikal"  xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. İki ölkə liderləri regional və qlobal məsələləri müzakirə edəcək.

Qeyd edək ki, bu, R.T.Ərdoğanın son 5 gün ərzində dünya liderləri keçirdiyi 14-cü üzbəüz görüş olacaq.