Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil administrasiyası Ukraynanın demilitarizasiyası üzrə "xüsusi əməliyyat"da iştirak edən Rusiya hərbçilərinə dəstək əlaməti olaraq Z hərfi şəklində küçə işıqlarını yandırıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə meriyanın mətbuat xidmətindən bildirilib.

"Z hərfi Ukraynadakı xüsusi əməliyyata dəstəyin qeyri-rəsmi simvoluna çevrilib , çünki "Z" orada iştirak edən Rusiya hərbi texnikasının nişanlarından biridir", - məlumatda deyilir. 

 Qeyd olunub ki, Ukraynada xüsusi əməliyyat başa çatana qədər Nijni Tagil küçələrində küçə lampalarındakı Z hərfinin yanması planlaşdırılır.

Ağarza Elçinoğlu