Rusiya Prezidenti Vladimir Putinlə İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.
Naftali Bennet Rusiya Prezidentinə Ukrayna məsələsi ilə bağlı bir sıra dövlətlərin rəhbərləri ilə son təmaslar barədə məlumat verib.
Öz növbəsində Vladimir Putin Rusiya və Ukrayna nümayəndələri arasında videokonfrans formatında bu günlərdə baş tutan danışıqlar prosesini dəyərləndirib.
Dialoqun davam etdirilməsi razılaşdırılıb.