Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb.
"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ballıcallı kəndində qeydə alınıb.
Belə ki, ailəsi ilə birlikdə kəndə qonaq gələn, Bakı şəhər sakini, 2021-ci il təvəllüdlü H.X. velosiped sürərkən həyətdə ördəklər üçün qazılaraq su ilə doldurulmuş çuxura düşərək boğulub.
Faktla bağlı araşdırma aparılır.