Livan ərazisindən İsrailin paytaxtı Təl-Əviv bombalanıb. 

"Unikal" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. 

Ramat Qan və Bnei Brak sərhədində boş avtobusun üzərinə düşən raket qalıqları onun alovlanmasına səbəb olub.

Kan-11 telekanalı bir neçə inzibati binanın zədələndiyini bildirib.

Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanı ballistik raketin düşməsi səbəbindən fəaliyyətini müvəqqəti dayandırıb. Bir neçə nəfərin yaralandığı bildirilir. 

Ramat Qan və Bnei Brakın bir neçə bölgəsində elektrik xəttinin zədələnməsi elektrik enerjisinin kəsilməsinə səbəb olub.