Youtube şəbəkəsi Rusiyada bloklana bilər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının konstitusiya qanunvericilik komitəsinin sədri Andrey Klişas bildirib.
Onun sözlərinə görə, qanuna əməl etmədiyi təqdirdə Youtube Rusiyada bloklanacaq: " Youtube qanuna əməl etməlidir, ya da bloklanmalıdır".
Qeyd edək ki, bazar ertəsi Roskomnadzor Google-dan "Sovet Televiziyası. Gosteleradiofond"un Youtube kanallarına girişi dərhal bərpa etməyi tələb edib.